Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxsin sinaqoqa hücumu nəticəsində iki nəfər ölüb.
Bu barədə yerli polis “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilib ki, bir neçə dəfə atəş açılıb: “Cinayətkarlar gizlənib”.
Hüquq-mühafizə orqanları cinayəti törədənin tapılması istiqamətində axtarış-əməliyyat tədbiri keçirir.