ABŞ təhlükəsizlik orqanları İranın Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini qətlə yetirməyi planlaşdığını bildirib.
APA-nın verdiyi xəbərə görə, ABŞ-da sui-qəsd planı ilə bağlı iki İran vətəndaşına qarşı ittiham irəli sürülüb.
Bildirilir ki, İranın “Qüds” islam inqilab ordusunun üzvü Qulam Şakur və ikili ABŞ-İran vətəndaşlığı olan 56 yaşlı Mənsur Ərbabsiar ABŞ-da partlayış törədərək Səudiyyə səfirini öldürülməyi planlaşdırıblar.
ABŞ-ın Baş prokuroru Erik Xolder deyib ki, sui-qəsd İran tərəfindən düşünülüb və malililəşdirilib.
FTB-nin rəhbəri Robert Müller bəyan edib ki, partlayış çox insan tələfatına gətirə bilərdi. ABŞ İran hökumətinə qarşı müəyyən tədbirlər görmək niyyətindədir, lakin o bu tədbirlərin nədən ibarət olacağına aydınlıq gətirməyib.