ABŞ-ın Ticarət Nazirliyi Çin Xalq Respublikasında uyğurlarla yaranmış vəziyyətə görə bu ölkənin 28 təşkilatını sanksiya siyahısına daxil edib.
İslam.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin bazasında dərc edilmiş sənəddə deyilir.
“Bu 28 təşkilat ABŞ hökuməti tərəfindən ABŞ-ın xarici siyasət maraqlarına zidd olduğu üçün müəyyən edilib. Bu təşkilatlar Sinszyan-Uyğur muxtar vilayətində Çinin uyğurlara, qazaxlara və digər müsəlman azlığın üzvlərinə qarşı apardığı insan haqlarının pozulması siyasətində iştirak edirlər. Təşkilatların hamısı ÇXR ərazisində yerləşir”, - deyə sənəddə qeyd olunur.
Məhdudiyyətlər bu təşkilatlarla əlaqəli obyektlərə münasibətdə ixrac, təkrar ixrac, həmçinin lisenziyaların verilməsindən imtina imkanını təmin edəcək.