Son iki ayda Yəmənin cənubunda bir sıra şəhərləri o cümlədən müvəqqəti paytaxt Ədən şəhərini Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumətdən alan separatçı qüvvələr güzəştə getməyə razıdırlar.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Səudiyyə koalisiyasının dəstəklədiyi Yəmən hökumətində olan rəsmi mənbələr deyiblər.
Bildirilib ki, ölkənin cənubunda separatçı "Cənubun Keçid Şurası" Abdu-Rabbih Mansur Hadinin hökuməti ilə razılıq əldə etməyə yaxındır.
Məlumata görə anlaşmanın bir bəndində müvəqqəti paytaxt Ədən şəhərinin Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən idarə edilməsi təklif olunub.
O cümlədən separatçı "Cənubun Keçid Şurası" qüvvələrinin hökumət qüvvələrinə qatılması təklifindən də söhbət gedir.
Qeyd edək ki, Yəmənin cənubunda Abdu-Rabbih Mansur Hadi hökumətini Səudiyyə Ərəbistanı, separatçıları isə Birləşmiş Ərəb Əmirliyi dəstəkləyir.