İraq rəsmi qurumları son həftədə ölkədə davam edən etiraz aksiyaları və iğtişaşlar zamanı ölənlərin sayının 104 nəfər olduğunu bildiriblər.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyinin mətbuat katibi Səd Məin əl-Musəvi ötən gün keçirilən mətbuat konfransında məlumat verib.
İraqın rəsmi mənbəsi bildirib ki, son həftədə İraqda baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı 104 nəfər ölüb, ki onlardan 8-i təhlükəsizlik qüvvələridir.
Mənbə yaralananların sayının 6 min nəfər olduğunu deyib.
Məlumata görə ümumi və dövlət əmlaklarından 51 bina və obyekt yandırılıb. Siyasi partiyaların 8 obyekti yandırılıb və dağıdılıb.
İraq Daxili İşlər Nazirliyi bildirib ki, iğtişaşlar və etirazlar əsnasında aksiyaçılara, eləcə də təhlükəsizlik qüvvələrinə atış açan "xəbis qüvvələr" var. Səd Məin əl-Musəvinin sözünə görə onların tapılması və həbs edilməsi üçün araşdırmaya başlanılıb.