ABŞ Türkiyənin Suriyanın şimalında keçirəcəyi əməliyyata qatılmayacaq və dəstəkləməyəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
“Türkiyə tezliklə Suriyanın şimalında çoxdan planlaşdırılan bir əməliyyata başlayacaq. ABŞ Ordusu bu əməliyyata qatılmayacaq və dəstək verməyəcək", məlumatda deyilir.
Müvafiq açıqlama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trsmp arasındakı telefon danışığından sonra verilib.
Açıqlamada deyilir ki, terror təşkilatı İŞİD-i məğlub edən ABŞ ordusu artıq bu bölgədə olmayacaq.