İraqda bundan öncə törədilmiş terror aktlarını dəfələrlə dəstəkləmiş sabiq diktator Səddam Hüseynin qızı iraqlıları hökumətə qarşı ayağa qalxmağa çağırıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə sabiq diktatorun qızı Rəğad Səddam Hüseyn rəsmi twitter səhifəsində yazıb.
İraqda son 4 gündə iqtisadi vəziyyətlə bağlı baş qaldıran etiraz aksiyaları və iğtişaşlara münasibət bildirən sabiq diktatorun qızı ölkə camaatını hökumətə qarşı qalxmağa çağırıb.
Qeyd edək ki, Səddam Hüseynin qızı bundan öncə İŞİD-in hücumları zamanı da onları inqilabçılar adlandırmışdı.
Sabiq diktatorun qızı hal-hazırda İordaniyada yaşayır. İraqın tələblərinə baxmayaraq, İordaniya onu təhvil verməkdən imtina edir.