Yaxın zamanlarda İran-Azərbaycan müştərək Ticarət Palatası təsis ediləcək.
agentliyinə istinadən xəbərinə görə, bunu Ərdəbil Ticarət Palatasının rəhbəri Hüseyn Pir-Moazzen bildirib.
Onun sözlərinə görə, palata Bakıda təsis ediləcək və İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafına təkan verəcək.
“Palatanın təsis fəaliyyətə başlaması istiqamətində danışıqlar artıq başa çatıb. Palata rəsmi olaraq İran Ticarət və Sənaye Palatasının rəhbəri Məhəmməd Nəhavandian tərəfindən açılacaq və yaxın zamanlarda öz fəaliyyətinə start verəcək”, - deyə Ərdəbil Ticarət Palatasının rəhbəri qeyd edib.