İraqın cənubundakı bir sıra regionlarda və paytaxt Bağdadda baş verən kütləvi iğtişaşların qurbanlarının sayı 28 nəfərə çatıb.
Bu barədə "Anadolu" agentliyinə İraq parlamentinin İnsan Hüquqları üzrə Komitəsinin üzvü Heyman Badjlan bildirib.
O, qeyd edib ki, qarışıqlıqlar zamanı 1000-dən çox insan xəsarət alıb.
"Etirazların başladığı 1 oktyabrdan 28 nəfər həlak olub, daha 1177 nəfər xəsarət alıb". - deyə Heyman Badjlan bildirib.
İraq parlamenti rəsmisinin sözlərinə görə, həlak olanlar arasında bir polis əməkdaşı da var.
İraqda dövlət əleyhinə aksiyalar davam edir. Ölkə hakimiyyəti paytaxt Bağdadda, həmçinin bir sıra şəhərlərdə komendant saatı tətbiq edib.