Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına hücum olub.
Nəticədə 5 nəfər həlak olub. Məlumata görə, hücum edən şəxsin özü də polis əməkdaşıdır. Hadisə polis idarəsinin həyətində baş verib. Polislər hücum edən şəxsi öldürüb. Faktla bağlı araşdırma aparılır.
Fransanın daxili işlər naziri Kristof Kastaner Türkiyəyə səfərini təxirə salıb.
Fransa prezidenti Emmanuel Makron hadisə yerinə gedib.