Amerikanın nüfuzlu "The New York Times" qəzetində məşhur səudiyyəli jurnalistin qətlinin ildönümünə həsr olunmuş "Camal Kaşıkçıya ədalət borcu" adlı məqalə dərc edilib.
İslam.az-ın SalamNews-a istinadla xəbərinə görə, məqalədə qeyd edilir ki, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalistin vəhşicəsinə öldürülməsi Səudiyyə hhökumətinin mətbuatın düşməni olduğunu göstərir.
Bildirilir ki, Türkiyə kəşfiyyatı tərəfindən ortaya qoyulan inkaredilməz faktlar, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın planlaşdırılmış qətl barədə məumatı olduğunu göstərir.
Buna baxmayaraq, Məhəmməd bin Salman yenə də Kaşıkçının öldürülməsi barədə heç bir şey bilmədiyini iddia edir.
Məqalədə həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini dəstəklədiyi üçün ABŞ prezidenti Donald Tramp da tənqid olunur.
"CIA və BMT hesabatından, Türkiyə tərəfinin istintaqı və Konqresin açıqlamalarından sonra Tramp heç bir addım atmadı və şahzadə ilə "dostluq əlaqələrini" kəsmədi.
Səbəb Trampın Səudiyyə Ərəbistanına silah tədarükünə dair razılaşmaları pozmaq istəməməsi, neft yataqlarının təhlükəsizliyini təmin etmək və Cared Kuşnerin Yaxın Şərqdə sülhü təmin etmək planını həyata keçirmək istəməsidir", məqalədə deyilir.