Oktyabrın 17-19-da İranın Bəndər Abbas şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin nəqliyyat və gömrük idarələri rəsmilərinin toplantısı keçiriləcək.
“APA-ECONOMICS”in İƏT mətbuat xidmətinə istinadən məlumatına görə, iclasda region ölkələrində nəqliyyat və logistika məsələlərinin inkişafı müzakirəyə çıxarılacaq. Toplantı çərçivəsində Bəndər Abbas-Almatı dəmir yolu xəttinin açılışı olacaq.
Xatırladaq ki, hazırda İƏT-ə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Qırğızıstan, Pakistan və Tacikistan daxildirlər.