İsraildə korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Baş nazir Benyamin Netanyahuya qarşı üç maddə üzrə məhkəmə işi başlayıb.
Məhkəmə iclası baş prokuror Avihaya Mandelblitin rəhbərliyi ilə Qüdsdəki Ədliyyə Nazirliyində keçirilir. Netanyahunu 10 vəkil təmsil edir.
İlk dinləmələr "4000" işi üzrə olacaq. Daha sonra "2000" və "1000" işləri üzrə dinləmələr keçiriləcəkdir.
Dinləmələr azı dörd gün davam edəcək.
Mandelblitin qərarını nə vaxt açıqlayacağı hələ məlum deyil.