Pakistan rəhbərliyi bu ölkə ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq gücündə deyil. Əfqanıstandan işğalçı əməliyyatlar aparan NATO komandanlığından bu barədə bildirilib, - “BBC” xəbər verir.

NATO rəsmisi general Karsten Ceykobsen bildirib ki, İslamabadın heç bir iş görməməsi, Pakistan ərazisində fəaliyyət göstərən terrorçuların qonşu Əfqanıstana keçməsinə imkan verir.
“Pakistan rəhbərliyi silahlı qruplaşmalara qarşı müəyyən işlər görsə də, bu heç də kifayət edən dərəcədə görünmür”, - deyə general qeyd edib.