İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı 300-dən çox insan xəsarət alıb.
Bu barədə "Sky News Arabia" telekanalı ölkənin güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, aksiyada yaranan qarışıqlıqlar zamanı 286 aksiyaçı və təhlükəsizlik qüvvələrinin 30 əməkdaşı yaralanıb.
İraqın paytaxtında elektrik enerjisi və içməli su təchizatı kimi xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Bu qəbildən olan kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.