Hal-hazırda dünyada 1,6 milyard müsəlman yaşayır. Bütün hesablamalar göstərir ki, dünyada müsəlmanların sayı qeyri-müsəlmanlara nisbətdə daha sürətlə artır. Bu həm doğum səviyyəsinin yüksək olması, həm də İslam dinini qəbul edənlərin sayəsində baş turur.
Ötən yazıda "Deyerler.org" sizlərə ən çox müsəlmanların yaşadığı qeyri-müsəlman ölkələrinin siyahısını təqdim etmişdi. Budəfəki yazıda isə siz Əhli-Beyt (ə) davamçılarının ən çox yaşadığı 23 ölkə ilə tanış ola biləcəksiniz. Araşdırma zamanı "PEW" Araşdırmalar Mərkəzinin məlumatlarından istifadə edilib.
Əhli-Beyt (ə) davamçılarının ən çox yaşadığı ölkə İrandır. Bu ölkədə 70 milyon Əhli-Beyt (ə) davamçısı yaşayır. Siyahıda sonrakı yerləri Pakistan (26 milyon), Hindistan (24 milyon) və İraq (22 milyon) tutur.Azərbaycan bu siyahıda 7-ci pillədə qərarlaşıb. Belə ki, vətənimizdə 7,5-8 milyon Əhli-Beyt (ə) davamçısı yaşayır.
Əhli-Beyt (ə) davamçılarının ən çox yaşadığı 23 ölkə
1. İran - 70 milyon nəfər.
2. Pakistan - 26 mln.
3. Hindistan - 24 mln.
4. İraq - 22 mln.
5. Türkiyə - 11 mln.
6. Yəmən - 10 mln.
7. AZƏRBAYCAN - 7,5-8 mln.
8. Əfqanıstan - 4 mln.
9. Suriya - 4 mln.
10. S. Ərəbistanı - 4 mln.
11. Nigeriya - 4 mln.
12. Livan - 2 mln.
13. Tanzaniya - 2 mln.
14. Küveyt - 700 min.
15. Almaniya - 600 min.
16. Bəhreyn - 500 min.
17. Tacikistan - 400 min.
18. BƏƏ - 400 min.
19. ABŞ - 400 min.
20. Oman - 300 min.
21. B. Britaniya - 300 min.
22. Bolqarıstan - 100 min.
23. Qatar - 100 min.
ABŞ və Avropada yaşayan Əhli-Beyt (ə) davamçıları
1. Almaniya - 600 min.
2. ABŞ - 400 min.
3. B. Britaniya - 300 min.
4. Bolqarıstan - 100 min.
15 avqust 2011
Hazırladı: Rza KAMİL
/Deyerler.org/