Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Yeddinci günün adventistləri" sektasının üzvlərini saxlayıblar. Verilən məlumata görə, əməliyyat zamanı 19 nəfər ələ keçib.
Sekta üzvlərinin toplaşdıqları mənzilin 43 yaşlı Rasim Baxşıyevə məxsus olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, yaxalanan sekta üzvləri Ermənistan və bir sıra digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsi xüsusi açıqlama yayaraq bəyan etmişdi ki, missioner təşkilatlar Ermənistanın terrorçu və işğalçı siyasətinin dini zəmində ən fəal havadarı və himayəçisi rolunu oynayır. Bunun əvəzində isə erməni kilsələrinin maddi və mənəvi dəstəyini alırlar. Açıqlamada erməni kilsələri ilə əlaqəsi olan "Yeddinci günün adventistləri" sektasının da adı xüsusi qeyd olunurdu.