İraqla Suriyanı birləşdirən əsas sərhəd keçidi bu gün iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə açıq elan edilib.
İslam.az bu barədə SalamNews -a istinadla xəbər verir.
Bildirilib ki, bu gün Bu-Kamal - əl-Qaim sərhəd keçidinin rəsmən açıq elan edilib.
Bu gündən adıçəkilən keçiddən insanların, nəqliyyat vasitələri və əmtiələrin keçidi mümkün olacaq.
Qeyd edək ki, 6 il öncə İraqın əl-Ənbar əyalətinin əl-Qaim şəhəri eləcə də Suriyanın Dirazzur əyalətinin Bu-Kamal şəhəri İŞİD-in nəzarətinə keçdikdən sonra iki ölkəni birləşdirən və Fəratın üzərində yerləşən bu keçid bağlanıb.