Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatının üzvləri Səudiyyə Ərəbistanı ilə sərhəddəki Nəcran əyalətində irimiqyaslı hərbi əməliyyatın keçirildiyini bildiriblər.
Bu barədə "Ənsar Allah" silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yəhya Sarya bildirib.
O qeyd edib ki, əməliyyat zamanı Ərəb koalisiyasının minlərlə əsgəri əsir götürülüb, habelə yüzlərlə nəqliyyat vasitəsi ələ keçirilib.
Ərəb koalisiyası xəbəri nə təsdiq, nə də təkzib edib.
Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə husilər arasında hərbi qarşıdurma davam edir.