Misirin müvəqqəti hökumətinin başçısı İsam Şərif Ali Hərbi Şura üzvləri ilə keçirtdiyi görüşdən sonra mətbuata açıqlama verib.
O, ölkədə oktyabr ayının 24-də baş vermiş qarşıdurmalara görə xarici qüvvələri günahlandırıb. O, verdiyi açıqlamasında 24 nəfərin ölümü, 292 nəfərin yaralanması ilə nəticələnən hadisələrin ciddi araşdırılacağına söz verib. Hadisələri araşdırmaq üçün isə xüsusi komissiya yaradılıb.
Bu arada "Əs-Savi" Mədəniyyət Mərkəzində bir neçə prezidentliyə namizəd və ictimai-siyasi xadimlərin iştirakı ilə toplantı keçirilib. Toplantıda baş nazir İsam Şərif istefaya çağırılıb. Onlar ölkədəki hakimiyyətin hərbçilər tərəfindən idarə olunmasına etiraz ediblər.deyerler.org