Birləşmiş Ərəb Əmirliyi bundan öncə Yəməndəki qüvvələrini geri çəkdiyini bildirsə də yenidən bu ölkəyə mindən artıq hərbçi göndərib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyi Eritreyada olan hərbi qərargahında təlimlər keçən əsgərləri gəmilərlə Yəmənin əl-Muxa limanına gətirib.
Limana silah-sursat və texnikalar da gətirilib.
Bu arada husilərin başçılıq etdiyi "Ənsarullah" hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Buxayti BƏƏ-nin bu addımına görə xəbərdarlıq edib və Səudiyyə Ərəbistanı kimi BƏƏ ərazisinin də hədəfə alınacağını bildirib.
Qeyd edək ki, BƏƏ rəsmiləri bundan öncə hərbi qüvvələrini Yəməndən geri çəkdiyini bildirmişdilər.