"Taliban" hərəkatının yaraqlıları Əfqanıstanın şimalındakı Faryab əyalətinin Dehen Dere bölgəsindəki hərbi nəzarət məntəqəsinə hücum edib. Hücum nəticəsində 15 əsgər həlak olub.
Vilayət Şurasının rəhbəri Faryab Muhammad Tahir Rahmani bildirib ki, hücumdan sonra qarşıdurma yaşanıb.
Onun sözlərinə görə, döyüş zamanı 15 əsgər həlak olub, bir neçə yaraqlı zərərsizləşdirilib.
Hərbi nəzarət məntəqəsinin komandiri 15 əfqan əsgərinin yaralandığını xəbər verir.