Türkiyə, Pakistan və Malayziya müsəlmanlara qarşı düşmənçiliklə (İslamofobiya) mübarizə aparmaq üçün ingilis dilli kanal yaratmağa qərar verib. İslam.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan açıqlayıb.
Xanın sözlərinə görə, qərar Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş naziri Mahathir Mohamad ilə üçtərəfli görüşdən sonra qəbul edilib.
Kanalın əsas məqsədi İslam dünyasının üzləşdiyi çətinliklərlə mübarizə və dünyada İslamın yanlış qəbul edilməsinə qarşı mübarizə aparmaq olacaq.
“Dünyanın müxtəlif ölkələrinin sakinləri İslam haqqında düzgün məlumat alacaqlar. Kanalın efirində İslam tarixi ilə bağlı bədii filmlər və seriallar nümayiş etdiriləcək. İnsanlara məlumat veriləcək", Xan bildirib.