POPULYARXƏBƏRLƏR

Bu gün İmam Zeynəlabidinin (ə) şəhadət günüdür

Bu gün, Məhərrəm ayının 25-də, dünya müsəlmanlarınız 4-cü İmamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynəlabidinin (ə) şəhadət günüdür. Adı Əli osa da, o, tarixdə daha çox Zeynəlabidin (ibadət edənlərin nuru) və ya Səccad (çox səcdədə olan) adı ilə məşhurdur.

İslam.az-ın məlumatına görə,  İmam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində, Şaban ayının 5-də dünyaya göz açıb. Hicri 95-ci ildə isə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid edilib.

Dördüncü imamın həyatı da Əhli-Beytin (ə) digər üzvləri kimi keşməkeşli, sınaqlarla zəngin olub. Yenə də Əhli-Beytin (ə) digər üzvləri kimi, imam bu sınaqlardan layiqincə, Allaha sadiqlik nümunəsi olaraq çıxıb. Lakin imamdan söz açarkən mütləq Kərbəla faciəsi xatırlanır, Hüseyn (ə) övladının çiyinlərinə düşən yükün ağırlığı və bu ağırlıq müqabilində əyilməyən qamət, vüqar insan övladını heyran edir.

Kərbəla hadisələri zamanı İslamın müdafiəsinə qalxmış 72 nəfər şəhid edildi. Onların yaxınları isə əsir götürüldü - Qadınlar və İmam Zeynəlabidin (ə). Bunun 23 yaşlı gənc üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bu istənilən ər üçün böyük iztirab, imtahandı. Xüsusən də Əhli-beytin (ə) üzvü üçün. Sözsüz ki, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Həzrət Hüseynin (ə) övladı xəstələnməsəydi, o da atasının, əmisinin, qardaşlarının və digər yaxınlarının aqibətini yaşayacaqdı. Çünki müsəlman qeyrəti onu da əlinə qılınc alaraq düşmənlər qarşısına çıxmağa vadar edəcəkdi. Amma ilahi Əhli-beyt (ə) zənciri qırıla bilməzdi. Nəzərə alsaq ki, bu dünyada bir yarpaq belə Allahın izni olmadan yerə düşmür, o zaman bu xəstəliyin də İslam ümməti üçün bir şəfa olduğunu anlayarıq.

İmam 35 il müsəlmanlara rəhbərlik edib. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik, imamı 95-ci hicri ilində Məhərrəm ayının 12-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar.

İmam Zeynəlabidin (ə) şəhadətə yetişən  zaman artıq 5-ci imam, imam Baqir (ə) ilahi imamlıq missiyasını qəbul etməyə artıq hazır idi. Bu gün imam Zeynəlabidinin yüksək əxlaqı və Allaha bağılığını əks etdirən “Səhifeyi Səccadiyyə” dualar toplusu bir çox müsəlmanların hər gün müraciət etdikləri bir kitabdır.

İmam Zeynulabidinin (ə) şəhadəti münasibəti ilə islam.az kollektivi bütün müsəlmanlara başsağlığı verir!



Yerləşdirilib:25 Sentyabr, 2019  06:29, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com