“Düşmən İrana hərbi təcavüz etməkdə acizdir”.
İslam.az-ın APA-nın Tehran bürosuna istinadla məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.
O bildirib ki, düşmən hərbi təcavüz etməkdə aciz olduğu üçün, bu gün iqtisadi təzyiqlərə və iqtisadi terrora əl atıb: “İran xalqı vəhdət və birliyi ilə bu çətinliklərin öhdəsindən gələcək. Bizim düşmənlərimizə, yəni ABŞ və İsrailə təklifimiz aydındır. Onlara açıq şəkildə elan edirik ki, əgər İran xalqına qarşı təcavüzkar addımlar atsalar, qətiyyətlə ABŞ pilotsuz uçuş təyyarəsi və Böyük Britaniya gəmisinin başına gətirdiyimizi, onların da başına gətirəcəyik”.