Naməlum təyyarələr İraqın əl-Ənbar əyalətində İŞİD-ə qarşı döyüş məqsədilə təşkil edilmiş Xalq Səfərbər Qüvvələrinin mövqelərini yenidən hədəfə alıb.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Haşd-Şabi mənbələri məlumat veriblər.
Bildirilib ki, ötən gecə naməlum təyyarələr Haşd-Şabi qüvvələrinin əl-Ənbar əyalətində yerləşən əl-Mirsanat hərbi qərargahını hədəfə alıblar.
Hava zərbələrinin hansı dövlətin təyyarələri tərəfindən endirilməsi, habelə bu zərbələrin xəsarətləri barərə məlumat yoxdur.
Haşd-Şabi mənbələri bəyan ediblər ki, onların hədəfə alınması əl-Ənbarda İŞİD sığınacaqlarına qarşı aparılan "İradətun-Nasr" əməliyyatının bitməsindən bir neçə saat sonra həyata keçirilib.
Qeyd edək ki, son ayda İsral təyyarələri bir neçə dəfə İraq-Suriya sərhədində Haşd-Şabinin bəzi briqadalarını hədəfə alıblar. Bəzi ərəb mediası Aramco-nun husilər tərəfindən vurulmasından sonra Səudiyyə təyyarələrinin də İraq-Suriya sərhədi zolağında Haşd-Şabiyə hava zərbələri endirdiyini iddia ediblər.