Türkiyənin Müdafiə Sənayesi Nazirliyi Rusiyadan alınan havadan müdafiə zenit raket kompleksləri S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb.
Ölkənin müdafiə sənayesi naziri İsmail Demir S400 sistemlərinin istifadəyə veriləcəyi zaman haqda açıqlama verib.
O bildirib ki, sistemlər cari ayın dekabrında tam olaraq quraşdırılaraq işə salınacaq, gələn ilin aprelində isə istifadəyə veriləcək.
İ. Demir, gecikmənin, sistemlərin istifadəsi üçün texniki təlimlərin həyata keçirilməsi ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Rusiya Türkiyəyə satdığı S400 sistemlərinin ikinci yükünü bu ay Türkiyəyə təhvil verib.