FaktXeber.com- daxil olan bəynatda bildirlir ki, Azərbaycan Ruhanilər Məclisi (ARM) Bakı Ağır Cinayətlər Məhkəmsində oktyabr ayının 7-də hakim Eldar İsmailovun sədrliyi ilə keçirilən məhkəmə prosesini pisləyərək mühakimənin sifarişlə icra olunduğunu bəyan edir.
ARM-ın üzvləri İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə , Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev , qohumu Dəyanət Səmədov, ruhanilər Zülfüqar Mikayılov və Fəramərz Abbasovun haqqında irəli sürülən ittihamları əsassız sayır və müraciət olunacaq Apelasiya məhkəməsindən ədalətli qərar çıxararaq onların azadlığa buraxılmasını istəyir.