İranda yerli istehsal olan «Camaran» döyüş gəmisi ilk beynəlxalq səyahətinə yola salınıb.

Gəmi dəniz quldurluğunun geniş yayıldığı Ədən körfəzinə üzərək, İrana məxsus ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək. «Camaran» döyüş gəmisini səfərdə «Bəndər Abbas» gözətçi gəmisi müşayiət edir.1420 ton ağırlığında olan gəmi müasir radarlar və elektronik döyüş sürsatı imkanlarına malikdir. Gəmi həmçinin torpeda və müasir hidropultlarla təchiz edilib.
«Camaran» döyüş gəmisi ilk dəfə 2010-cu ilin fevralında Fars körfəzində suya buraxılıb. ANS PRESS