Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səid Dadaşbəyli və onun dəstəsinə hökm oxunub. "NİMA" (Mehdi Seyid əz-Zamanın Şimal ordusu) dini icmasının rəhbəri Səid Dadaşbəyli 14, Ceyhun Əliyev 14, Rəşad Əliyev 14, Cahangir Kərimov 13, Samir Qocayev 13, Fərid Ağayev 13, Əlibala Quliyev 13, Emin Mehbalıyev 12, Mikayıl Qədirov 12, Rəşad İsmayılov 9, Faiq İsmayılov 6, Mübariz Süleymanov 9 il, Fətulla Qədirov 3 il 6 ay, Zaur Orucov 6 isə ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar əmlakları müsadirə edilməklə cəzalarını ciddi rejimli əmək kaloniyasında çəkəcəklər.
Təqsirləndirilənlər bildirib ki, onlar özlərini dövlətə xəyanətdə təqsirli bilmirlər. Hökmdən sonra zalda olan şəxslər və təqsirləndirilənlər ərəb dilində şeytana lənət duasını oxumağa başlayıblar.
MTN əməkdaşları zalda çəkiliş aparan televiziya kanallarının operatorlarının bəzilərini sonradan geri qaytmağa məcbur ediblər.
Xatırladaq ki, dini icmanın üzvləri və rəhbəri dövlətə xəyanətdə ittiham edilirdilər.