Səudiyyə Ərəbistanın Abqaiq əyalətində dövlət neft şirkəti Aramco-nun iki neft təsisatı pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu gün sübh saat 04 radələrində Abqaiq əyalətində Aramco şirkətinin iki neft zavodu PUA-ların hücumuna məruz qalıb.
Məlumata görə iki neft obyektində partlayışlar, ardından da böyük yanğınlar baş verib.
Səudiyyə Ərəbistanın aidiyyatı qurumları yanğınların söndürüldüyünü bildiriblər.
Ölkənin Daxili İşlər Nazirliyi hadisənin PUA-ların hücumu nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, yəmənlilər bir neçə dəfə Səudiyyə Ərəbistanın Aramco şirkətinin təsisatlarını, hətta Fars Körfəzi sahilində yerləşən Dəmmam şəhərindəki təsisatları PUA və ballistik raketlərlə hədəfə aldıqlarını bildiriblər. Husilər hələ son hadisəyə münasibət bildirməyiblər.