İranın rusiyalı astranovtlar vasitəsilə kosmosa göndərdiyi Qurani-Kərim 6 aydan sonra geri gətirilib. Bununla İran kosmosa Quran göndərən ilk İslam ölkəsi kimi tarixə düşdü.
"FHA"nın verdiyi xəbərə görə, kosmosdan gətirilən Qurani-Kərim üçün xüsusi qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edən "Asumani-Şəb" qəzetinin rəsmisi Həmid Rza Kərimpur kosmosa göndərilən Quran nüsxəsinin beynəlxalq kosmik agentlik tərəfindən möhürləndiyini bildirib. Kosmosa Quran nüsxəsini daşımaq şərəfi isə rusiyalı kosmonavt Aleksandr Kaleriyə nəsib olub. O, 6 ay kosmosda Qurani-Kərimlə birgə olub. Rusiyalı kosmonavt verdiyi açıqlamasında Qurani-Kərimi daşımaq kimi şərəfli bir işin ona tapşırılmasından məmnunluğunu ifadə edib.