Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda azı 55 fələstinli xəsarət alıb.
Bu barədə RİA "Novosti" agentliyinə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.
"Bu gün saat 19:30-da anklavın şərq sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarda əlli beş fələstinli xəsarət alıb. Onlardan 29-u döyüş güllələri ilə yaralanıb", - deyə əl-Kidr bildirib.
Qəzza sahəsində fələstinlilərin etirazları ardıcıl olaraq 74-cü cümə günüdür ki, davam edir. Aksiyalar anklavın sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarla müşayiət olunur. Ötən ilin 30 martından bu günə kimi davam edən toqquşmalarda 310 nəfər həyatını itirib.