Kərbəla əyalətində 3 gün matəm elan edilib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, İraqın Səhiyyə mənbələri ötən gün Kərbəlada İmam Hüseynin məqbərəsində sıxlıq və izdiham səbəbindən ölənlərin sayının 31-ə çatdığını bildirib. Bunun ardından ölkədə 3 gün matəm elan edilib.
Məlumata görə hadisə Aşura günü İmam Hüseynin məqbərəsində "Rəkzət Tuveyric" ayinin keçirilməsi zamanı baş verib.
Bu hadisə nəticəsində 100-dən çox zəvvar yaralanıb.
Onların arasında xarici zəvvarların da olduğu bildirilir.