İraqın Vasit əyalətində Aşura mərasimini hədəfə almaq istəyən bir qrup zərərsizləşdirilib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, Vasit əyalətinin əs-Suveyra qəzasında Aşura mərasimini hədəfə alan bir qrup zamanında müdaxilə etməklə zərərsizləşdirilib. Onların silahları və partlayıcıları ələ keçirilib.
Qeyd edək ki sabah Məhərrəm ayının 10-u İraqın Kərbəla, Nəcəf, Bağdad və sair mərkəzi əyalətləri izdihamlı əzadarlıq ayinlərinin və yürüşlərinin şahidi olacaq. Aşura günü İran, Əfqanıstan və İraqda rəsmi tətil hesab edilir.