Liviyanın Milli Keçid Şurasının qüvvələri bu gün Bani-Validdən cənubda yerləşən şəhərətrafı Şemmihə qəsəbəsindən geri çəkiliblər. Ordu böyük itkiyə məruz qaldıqdan sonra şəhəri tərk etməyə məcbur olub. Bunu səhra komandiri Həsən ər-Rəşid xəbər verib.
SalamNews "Вести"yə istinadən xəbər verir ki, hazırda yeni hücum üçün ordu qüvvə toplayır.
Müəmmər Qəddafinin doğma şəhəri Sirtdə MKŞ-nın döyüşçüləri ağır itkilərə məruz qalıblar. Lakin ötən gün onlar Qəddafinin tərəfdarlarının qərargəhı yerləşən İbn Sina xəstəxanasını ələ keçiriblər. MKŞ-nın səhra komandirlərindən biri Saleh Mustafa xəbər verib ki, Qəddafinin silahlı tərəfdarlarından 10 nəfəri əsir götürülüb.
Son məlumatlara görə, NATO-nun aviasiyası M.Qəddafi tərəfdarlarının saxlanıldığı yeri atəşə tutur.