Böyük Britaniya Suriyada İŞİD terror qruplaşması ilə əlaqəyə görə saxlanılan şəxsləri ölkəyə qaytarmaq və məsuliyyətə cəlb etməlidir.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müstəqil Müdafiə katibi Mark Esper Londonda jurnalistlərə açıqlamasında deyib.
"Bu qəbuledilməz vəziyyətdir. Bu nə qədər belə davam edəcək? Bu, Böyük Britaniyaya mesajımızdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, onlar hamısı vətənə qayıtmalı və ədalət qarşısına çıxarılmalıdır", o deyib.