Əfqanıstanda NATO-nun iki əsgəri həlak olub.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” əməliyyatının komandanlığı məlumat yayıb.
NATO rəsmiləri terror aktı nəticəsində həlak olan əsgərlərdən birinin Rumıniya, digərinin isə ABŞ-dan olduğunu təsdiqləyiblər.