POPULYARXƏBƏRLƏR

İstanbulda “İƏT Gənclər günü” Forumu keçirilir

Bu gün Türkiyənin İstanbul şəhərində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forumda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure  və digərləri də iştirak edir.

Tədbirdə çıxış edən Azad Rəhimov İCYF-in çox böyük inkişaf yolu keçdiyini, ötən dövr ərzində İƏT üzvü ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu qeyd edib.

Nazir Azərbaycan hökumətinin İCYF-nı daim dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında Bakıda İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının keçildiyini diqqətə çatdırıb, eyni zamanda, İstanbulda İCYF-nın baş qərargahının açılışında da Azərbaycan Prezidentinin iştirak etdiyini bildirib. Nazir vurğulayıb ki, həmin gün 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri “Gənclər günü” kimi qeyd olunması haqqında qərar qəbul edilib.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqda danışan nazir Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən ölkədə “2 Fevral Gənclər günü”nün qeyd edildiyini bildirib: "Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlik Dövlət proqramları, Strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan artıq Gənclər Mərkəzləri mövcuddur. 300-dən çox Gənclər Təşkilatları fəaliyyət göstərir.”

A. Rəhimov forum çərçivəsində Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru, xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğanla görüş keçirib.



Yerləşdirilib:3 Sentyabr, 2019  15:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com