Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışda onlarla insan xəsarət alıb.
Bu barədə "Tolonews" məlumat yayıb.
Qeyd edilir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 16 nəfər həlak olub, daha 100 nəfər yaralanıb.
Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb. Telekanal bildirib ki, hadisədən sonra ərazidə atışma səsləri eşidilib.