Rus tərcüməçisi və müsəlman ictimai xadimi Valeriya Poroxova 79 yaşında vəfat edib.
İslam.az-ın verdiyi xəbərə görə, Poroxova Quranın rus dilinə izahlı tərcümə edən yeganə tərcüməçi kimi tarixə düşüb.
Valeriya Mixaylovna 1981-ci ildə pravoslavlığı qəbul etmişdi. Suriya vətəndaşı Məhəmməd Səid əl-Rüşt ilə ailə qurduqdan sonra 1985-ci ildə Dəməşqə köçüb. Orada İslamı qəbul edib. Quranın rus dilinə tərcüməsini 1991-ci ildə bitirib.