Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda keçirdiyi anti-terror əməliyyatında PKK terror təşkilatının 5 terrorçusu zərərsizləşdirilib. İslam.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Hakurk bölgəsindəki əməliyyat kəşfiyyat xidmətinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, Türkiyə ordusu may ayının sonundan İraqda antiterror əməliyyatlarına başlayır.