POPULYARXƏBƏRLƏR

Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri

Məhərrəm hüzn və kədər ayıdır. Böyük Füzulinin dediyi kimi, “Mahi-mühərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”.

Məsum imamlarımız məhərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl möhtərəm oxuculardan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Peyğəmbərin, Fatimənin və 12 imamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək günahdır.

Ümumiyyətlə, məhərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir).

Məhərrəm ayının birinci gecəsi müstəhəb niyyətlə namaz qılmağın savabı var. Dua kitablarında məhərrəmin birinci gecəsi üçün bir neçə cür namaz qeyd etmişlər. Məsələn, bu gecə 100 rükət namaz qılmaq müstəhəbdir. Namazlar qoşa rükətlər şəklində sübh namazı kimi qılınır, hər rükətdə Fatihə və İxlas surələri oxunur.

İkinci növ namaz iki rükətdən ibarətdir. Hər rükətində bir dəfə Fatihə və 11 dəfə İxlas surələri oxunur. Peyğəmbər buyurub ki, hər kim bu namazı qılsa və ertəsi gün (yəni mühərrəm ayının 1-də) oruc tutsa, bütün il ərzində xeyir əməllər etmiş adam kimi sayılar və o il ərzində amanda olar. Əgər bu ilin içində ölsə belə, cənnətə gedər inşaAllah. (Əlbəttə, bu mükafat həmin ibadətləri səmimi niyyətlə, ixlasla, qaydasına uyğun şəkildə yerinə yetirən, il ərzində bu ibadəti günahla bulaşdırmayan adama aiddir).

Nəhayət, üçüncü növ müstəhəb namaz da iki rükətlikdir. Birinci rükətdə Fatihə və Ənam surələri, ikinci rükətdə isə Fatihə və Yasin surələri tilavət edilir. Bu namazda oxunan surələr uzun olduğu üçün, bunları əzbər bilməyənlər o biri namazları qılsalar məsləhətdir. Məhərrəm ayının ilk gecəsini oyaq qalmaq (ehya saxlamaq), ibadət və dua ilə məşğul olmaq, Kərbəla faciəsi haqqında düşünmək, İmam Hüseynin (ə) qatillərinə lənət demək də savabdır.

Məhərrəm ayının birinci günündə oruc tutmaq müstəhəbdir. İmam Rza (ə) buyurub ki, hər kim bu gün oruc tutub Allahı çağırsa (yəni dua etsə), Allah-təala onun duasını Zəkəriyya Peyğəmbərin (ə) duası kimi müstəcab edər. Yenə İmam Rza (ə) buyurub ki, Həzrət Muhəmməd Peyğəmbər (ə) mühərrəmin birinci günündə iki rükət namaz qılar, sonra əllərini qaldırıb dua edərdi. Peyğəmbərin “Allahümmə əntəl-ilahül-qədim” cümləsi ilə başlayan duası “Məfatihül-cinan” kitabında bütöv verilib.

Bundan əlavə, muhərrəm ayının 3-ü də mübarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.

Aşura gecəsinin və aşura gününün müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.



Yerləşdirilib:30 Avqust, 2019  18:42, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com