İranın Ali liderinin hərbi işlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi Türkiyəni kəskin tənqid edib və bu ölkənin strateji səhvə yol verdyini deyib.
SalamNews xəbər verir ki, o, Türkiyəni öz ərazisində Avropa raketdən müdafiə sisteminin radarını yerləşdirməyə razılıq verdiyinə görə kəskin tənqid edib. “Mehr” agentliyinə müsahibəsində iranlı general Türkiyə hakimiyyətinin bununla strateji səhvə yol veridyini deyib. O, Türkiyəni ABŞ-ın göstərdiyi yalnış yolla getməkdə ittiham edib.
General Səfəvi bildirib ki, Türkiyənin ərazisində bu radarının yerləşdirilməsi həm İran, həm də Rusiya üçün aydın bir mesaj ola bilər: "Amma bu daha çox İrana aiddir".
Bildirək ki, Türkiyə və Birləşmiş Ştatlar sentyabrın ortalarında Türkiyənin Malatya şəhərində Avropa raketdən müdafiə sisteminin radarının yerləşdirilməsi haqqında memorandum imzalayıblar.