İraqın Babil əyalətinin məhkəməsi 11 İŞİD üzvü haqda edam hökmü çıxarıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Babilin Ağır Cinayətlər Məhkəməsi əyalətdə körpünü partlatmaqda və onlarla mülki şəxs və təhlükəsizlik qüvvəsinin ölümündə təqsirli bilinən 11 İŞİD üzvünə edam hökmü oxuyub.
Əyalət Məhkəməsinin mənbələri açıqlayıblar ki, İŞİD üzvləri vaxtilə terror təşkilatının tərkibində fəaliyyət göstərən "Cənub Vilayəti"nin tabeçiliyində olan zaman onlarla təhlükəsizlik qüvvəsi və mülki şəxslərin ölümünə səbəb olublar.
İŞİD terror təşkilatına üzv olduqlarını etiraf edən 11 şəxsin tezliklə edam ediləcəyi gözlənilir.
Qeyd edək ki, İraq Cinayət məcəlləsinin terrora qarşı mübarizə qanununun 1 və 4-cü bəndlərinə əsasən terror aktlarını törədənlər və onlara yardım göstərənlər edama məhkum edilir.