Bəhreyn Xarici İşlər naziri şeyx Xalid bin Əhməd əl Xəlifənin öz Tvitter səhifəsində paylaşdığı fikirlər dolayısı ilə İsrailin son günlərdə Suriya, İraq və Livanda İranın hərbi obyektlərinə zərbələrini dəstəkləyir.
İslam.az xəbər verir ki, Xalid bin Əhməd əl Xəlifə İranın Bəhreynə müharibə elan etdiyini bildirib.
“Məhz Tehran bizə SEPAH, Hizbullah, İraqdakı şiə milisləri və Yəməndəki husilər vasitəsilə müharibə elan edib. Onlara hücum edən və silah anbarlarını, hərbi sursatlarını məhv edənləri qınamaq olmaz. Bu özünü müdafiədir”, - nazir deyib.