ABŞ son həftələrdə İraqda Haşd-Şabi qüvvələrinin mövqelərinin hədəfə alınmasında rolu olmadığını bəyan edib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat verib.
Pentaqonun bəyanatında bildrilib ki, ABŞ İraqda Haşd-Şabi qüvvələrinin anbarını və ya karvanını vurmayıb və bu barədə irəli sürülən iddialar əsassızdır.
Bəyanatda bildirilib ki, ABŞ İraqın suverenliyinin tərəfdarıdır.
Qeyd edək ki, İsrail mətbuatı son həftələrdə İraqda Haşd-Şabi qüvvələrinin mövqelərinə edilən hücumun Təl-Əviv tərəfindən həyata keçirildiyini bildiriblər. İsrail baş naziri Benyamin Netanyahu da çıxışları əsnasında dolayısı yolla bu iddiaları təsdiqləyib. Haşd-Şabi ötən gün verdiyi bəyanatda keçən həftənin şənbə günü əl-Qaim rayonu ərazisindəki hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib.