ABŞ prezidenti Donald Tramp əgər müvafiq şərait yaranarsa İran prezidenti Həsən Ruhani ilə görüşməyin mümkün olduğunu düşünür.
"Şərtlər düzgün olsaydı, əlbəttə ki, buna razılıq verərdim", deyə prezident Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
"Biz bir rejimin dəyişməsini istəmirik ... Biz nüvə silahının, ballistik raketlərin olmamasını istəyirik" deyə Tramp əlavə edib.