Husilər Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyad şəhərində mühüm hərbi obyektin pulotsuz təyyarələrlə hədəfə aldıqlarını bildiriblər.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (husilərin rəhbərlik etdiyi bu hərbi qurumun mərkəzi qərargahları paytaxt Sənada yerləşir) rəsmi sözçüsü briqada generalı Yəhya Səri məlumat verib.
Bildirilib ki, Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda yerləşən hərbi mövqeyə bir neçə pilotsuz təyyarə ilə hücum edilib.
İddia edilib ki, "Sammad-3" pilotsuz təyyarələrilə həyata keçirilən hücum zamanı hədəf dəqiq vurulub.
Husilərin bu rəsmisi bildirib ki, onların hücumları Səudiyyə Ərəbistanın təcavüzlərinə cavab olaraq həyata keçirilir.
Səudiyyə Ərəbistanın Yəmən üzrə hərbi koalisiyası husilərin pilotsuz təyyarələrlə paytaxt ər-Riyadı hədəfə almasını təkzib edib.
Bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyasının rəsmi sözçüsü polkovnik Türki əl-Maliki məlumat verib.