Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın anası Tənzilə Ərdoğan İstanbulda dəfn edilib.

APA-nın xəbərinə görə, Fatih Camesində keçirilən mərasimdən sonra Tənzilə Ərdoğanın cənazəsi Karacaahmet məzarlığına aparılıb. Jurnalistlər dəfn zamanı məzarlığa buraxılmayıb. Mərhumənin nəəşi qəbirə baş nazir və qardaşı Mustafa Ərdoğan tərəfindən qoyulub. Qəbirə ilk torpağı da qardaşlar atıblar.
Dəfn mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Milli Məclisin üzvləri də iştirak ediblər.
Xatırladaq ki, Tənzilə Ərdoğan oktyabrın 7-də 83 yaşında dünyasını dəyişib